64 bit nədir, nə üçündür

64 bit nədir, nə üçündür

 
Kompüter texnologiyaları zamanla inkişaf edir. Bu inkişafı izləmək istəyənlər prosessorların və proqramların keçirdiyi təkamülə nəzər yetirə bilərlər. 8 bit maşınlarla başlayan macəra 70-ci illərdə 16 bitə çatdı. 90-cı illərin əvvəllərində artıq 32 bit'in yayıldığını, 2000-ci illərin əvvələrindən etibarən isə artıq 64 bit'in standart halına gəldiyini görürük.

Bəs 64 bit nədir, kompüterlərdəki təsiri necədir? 64 bit'i ətraflı izah etdiyimiz bu məqaləmizdə sizə qaranlıq qalan suallara cavab tapacağıq. 

64 bit kompüter nədir?
Məlumatlar, kompüterlər içində bitlər şəklində ifadə edilirlər. Bit'i ikili sistemdə bir ədəd silsiləsi olaraq başa düşmək olar. Bu ədəd sıfırlardanbirlərdən ibarətdir. Nə qədər çox bit olarsa, o qədər çox məlumatı ifadə etmək mümkün olacaqdır. n ədəd bit, 2n ədəd  fərqli məlumatı ifadə edir.

Bir çox təchizat, məlumat axışı ilə işləmir. Bunun əvəzinə məlumat yığınlarının işlənməsi vacib rol oynayır. Bir prosessorun gücü də bir səfərdə nə qədər məlumatı işləyə bildiyi ilə mütənasibdir. Bu məlumat işləmə sərhədi eyni zamanda prosessorun tək səfərdə RAM üzərində əldə edə bildiyi məlumatın miqdarıdır.

Beləcə, 64 bit prosessor dedikdə, tək səfərdə 64 bit məlumatı işləyə biləcək prosessoru izah etmiş oluruq. Beləcə, bir prosessorun işləyə biləcəyi bit sayı artdıqca sürəti də artmış olur. 16 bit prosessor, 8 bit prosessordan iki qat daha sürətli işləyir. 32 bit prosessor, 16 bit prosessordan iki qat daha sürətlidir. 64 bit prosessor da 32 bit prosessora nisbətən 2 qat daha sürətli işləyir.
 

64 bit nədir, nə üçündür

 
32 bit prosessorlar, onlarla il əvvəl hazırlanmışdı. 4 MB RAM-ın kompüterlərdə standart olduğu illərdə 32 Bit prosessorların 4 GB-lıq təbii yaddaş limiti də inanılmaz hədd kimi görünürdü. O zamanlar kompüterlərin 4 GB RAM-a ehtiyac duyacağı günlər əsla gəlməyəcəkmiş kimi idi.

Bu gün isə kompüterlər 4 GB-dan çox RAM-larla bazara çıxarılırlar. 4 GB RAM miqdarı isə artıq əvvəlki qədər çox deyil. Sürətli və güclü kompüter istəyənlər isə 8 GB RAM miqdarını seçirlər. 

Məhz bu mühitdə, 32 Bit'dən 64 Bit'ə keçmə müddəti başlayır. Nəysə ki, 64 Bit cihazların və proqramların, 32 Bit olaraq hazırlanmış proqram və cihazlarla uyğunluğu sayəsində, texnologiya dünyasında böyük bir qarışıqlıq yaranmadan keçiş müddəti davam edə bilir.
 

64 bit nədir, nə üçündür

 
64 bit'in əsas üstünlüklərindən biri kompüterdə daha böyük yaddaş miqdarının mümkün olmasıdır. Yaddaşın istifadəsi yaddaş ünvanları ilə mümkün olur. Məlumatlar RAM içindəki bu ünvanlara göndərilir və digər komponentlər axtardıqları məlumatları harada tapacaqlarını bu ünvanlar sayəsində bilirlər. Hansı yaddaş ünvanlama üsulu istifadə edilməsindən asılı olmayaraq, yaddaşdakı ünvan sayı cəmi, məlumatların neçə bit olduğu ilə əlaqəlidir.

32 bit kompüterlərdə nəzəri olaraq, 4 GB RAM-dan çox istifadə etmək mümkün deyil, çünki 32 bit ilə ünvanlana biləcək yaddaşın ölçüsü ən çox 4 GB-dır. Kompüterə daha çox RAM taxsanız belə, cihazınızın ən çox 4 GB gördüyünü müşahidə edəcəksiniz. Həm də bu rəqəmin nəzəri olduğunu unutmayaq. Əməliyyat sistemləri yaddaşın bir hissəsini öz mənbələrini işlətmək üçün istifadə edirlər və praktikada istifadəçiyə 3 GB, hətta bəzən 2 GB-a qədər RAM qalır. Çox əməliyyat gücü və yaddaş tələb edən bir oyun və ya proqram işlətdiyiniz zaman, bu proqram yaddaşdakı 3 və ya 2 GB boş RAM'a sığışmağa çalışır və kompüterinizin sürətinin zəiflədiyini müşahidə edirsiniz. 

Əgər 4 GB-dan daha çox RAM istifadə etmək istəyirsinizsə, 64 Bit prosessor və əməliyyat sistemi ilə yanaşı, 64 Bit dəstəkləyən cihazdan istifadə etmək məcburiyyətindəsiniz. 64 Bit ünvanlama sistemi nəzəri olaraq 16 Exabyte yaddaşa imkan verir. Bu da 16 Milyard Gigabyte deməkdir.

90-cı illərdə 4 MB yaddaşlar standart ikən, 4 min MB mənasını verən 4GB yaddaş limitinə çatmağın qeyri-mümkün olacağı düşünülürdü. Ancaq 10 il sonra isə insanlar 4 GB-in qeyri-kafi olduğunu anladılar. 16 Exabyte limiti bizi bir az daha uzun müddət təmin edəcək, ancaq bir müddət sonra 128 bit kompüterlərə ehtiyac duymağa başlayacağıq. Bəlkə 10 il sonra, bəlkə 25 və ya 30 il sonra... Nəticədə 64 bit də bir gün qeyri-kafi olacaq. Lakin bu müddət boyunca, kompüterimizdəki əməliyyat sistemimizi, oyunlarımızı, internet brauzerimizi, seyr etdiyimiz rəqəmsal filmləri, dinlədiyimiz mahnıları 64 bit prosessorlar üzərində, 64 bit texnologiyası ilə işlədəcəyik.
 

64 bit nədir, nə üçündür

 
Çox böyük miqdarda məlumatlarla işləyən proqramlar, 64 bit kompüterlərin gücündən çox faydalanacaqlar və sürətlənəcəklər. Əslində ofisdə istifadə etdiyiniz Word proqramında və ya internet brauzerinizin sürətində gözlə görülən sürət fərqi hiss etməyə bilərsiniz, amma məsələn video redaktə proqramları ilə işləyirsinizsə və yüksək pikselli videoların redaktəsi ilə maraqlanırsınızsa, 64 bit kompüterlər sayəsində, işlərinizin çox daha sürətli getdiyini anlayacaqsınız. 

Bundan başqa 3D qrafikaların istifadə edildiyi video oyunlar və ya fərqli qrafika proqramları da 64 bit sayəsində çox sürətli işləyir. Oyunlarda bütün ağır işin video kart tərəfindən edildiyini düşünə bilərsiniz, ancaq video kart nə qədər sürətli və güclü olsa da, oyunları zəiflədən həmçinin RAM-lardır. RAM-lar, GPU-dan və CPU-dan gələn məlumatları kifayət qədər sürətli şəkildə yönləndirə bilməzsə, oyunlar ekrana yavaşladılmış şəkildə əks olunur. 64 Bit RAM-lar isə video oyunlarını lazımi qədər sürətləndirir.
 

64 bit nədir, nə üçündür

64 bit'ə keçidin bəzi mənfi cəhətləri də ola bilər. Məsələn bəzi uyğunlaşmamazlıq problemləri yaranır. Köhnə 32 bit əməliyyat sistemləri 64 bit kompüterlərdə çalışarkən bəzi problemlərin baş verməsi mümkündür. Eləcə də əgər 64 bit proqram almısınızsa, 32 bit kompüterinizdə işləmədiyini görəcəksiniz. 

Əslində bu sistemlər hazırlanarkən bir-birinə uyğun olması üçün böyük səy göstərildi. 2003-cü ildən bəri bir çox sistemdə 64 bit prosessorlar standart olaraq satılır. Əgər bu tarixdən sonra bir kompüter və ya prosessor almısınızsa, cihazın satış qiymətini aşağı tutmaq üçün xüsusilə 32 bit prosessor istifadə edilməmişsə, deməli kompüteriniz 64 bit'dir. Bunu həm də, sistem nizamlamalarında, prosessor haqqındakı məlumatlardan da görmək mümkündür.

64 bit prosessorlarda həm 32 bit, həm də 64 bit əməliyyat sistemləri işləyə bilir. Ancaq 64 bit prosessor üzərində 32 bit əməliyyat sistemi işlətmək kompüterin tutumunu zibilə atmaq kimi bir şeydir.

Sürücülər (drayverlər) də digər vacib məsələdir. Kompüterinizə yüklənmiş sürücülərin 64 bit prosessor və əməliyyat sistemiylə uyğun olması, 64 bit'dən faydalanmaq üçün vacibdir.
Faydalı biliklər