Freelance nədir, Freelancer kimlərdir, müsbət və mənfi cəhətləri

Freelance nədir, Freelancer kimlərdir, müsbət və mənfi cəhətləri

 
"Freelance" sözü ingiliscə söz olub, dilimizdəki qarşılığı "müstəqil çalışan" deməkdir. Freelance müəyyən sahələrdə mütəxəssisləşmiş peşə sahiblərinin hər hansı bir şirkətdən asılı olmadan evini, ofis və ya studio kimi istifadə edərək, müstəqil işləməsi vəziyyətidir. Freelance işləyənlərə isə "Freelancer" deyilir.

Freelance iş tərzi, xüsusilə Amerika və Kanada başda olmaqla, Yaponiya, Çin, Cənubi Koreya, İngiltərə, Avstraliya, Tayvan, Almaniya, Fransa və Finlandiya kimi inkişaf etmiş ölkələrdə geniş yayılmış iş tərzidir. Hətta bu ölkələrdə freelance iş qrupları və freelance iş üzərində qurulmuş böyük sayt birlikləri görmək mümkündür.

Freelance iş yalnız informasiya dünyasına xas olan iş tərzi deyil. Peşənin imkanları və qanunun peşənizlə əlaqədar qoyduğu sərhədlər çərçivəsində freelance olaraq işləyə bilərsiniz.

Freelance işin informasiya dünyasında çox qəbul olunmasının səbəbi, iş imkanlarının çoxluğu və qarşılıqlı əlaqənin rahat olmasıdır. Yəni freelancer proqramçı və ya dizayner müştəriləri ilə internet vasitəsilə əlaqə saxlayıb, işlərini buradan təqdim edir, dəyişdirir və ya müxtəlif əməliyyatlar apara bilir.
 

 

Freelance işin müsbət tərəfləri:
Müdir sizsiniz.
Xüsusi işlərinizi həll etmək üçün icazə alınmalı idarəçi yoxdur.
Məzuniyyət kimi bir anlayış sizi maraqlandırmır.
Eviniz eyni zamanda ofisiniz, studiyanızdır.
İnternet olan hər yerdən kompüterinizlə işinizə davam edə bilərsiniz.
Həftə içi istədiyiniz saatda gəzintiyə çıxa bilər, dostlarınızla görüşə bilər və ya istədiyiniz başqa bir şey edə bilərsiniz. Hətta bir kafedə oturub işləyə bilərsiniz.
Freelance işin qaydalarına düzgün əməl etdiyiniz müddətcə qazancınız get-gedə artacaqdır. İşinizi və portfolionuzu zamanla böyüdə bilərsiniz.
Fərdi iş şəbəkənizi inkişaf etdirə və genişləndirə bilərsiniz.


Freelance işin mənfi tərəfləri
Müdir sizsiniz, ancaq bununla yanaşı katibə, satış meneceri, mühasib, aşbaz və s. də sizsiniz
Bir tərəfdən işləyərkən, digər tərəfdən yeni iş əlaqələri, müştərilər tapmaq lazımdır.
Sabit gəliriniz yoxdur. Buna görə də bir sonrakı ay nə qədər qazanacağınızı dəqiq bilmirsiniz.
Müştərilər sizdən faktura istəyə bilər, əgər verə bilmirsinizsə bu vəziyyət sizi çətin vəziyyətə sala bilər və müştəri sizdən imtina edə bilər. Ona görə də, bu məsələni öncədən müştəri ilə danışmaq lazımdır. Vergi sahəsində müəyyən qədər anlayışınız mütləq olmalıdır.
Əgər yaxşı bir müqavilə bağlamamısınızsa, pulunuzu almaqda çətinlik çəkə bilərsiniz.
Faydalı biliklər