Whatsapp'ın yaradıcısı Jan Koum

Whatsapp'ın yaradıcı Jan Koum

 
Jan Koum, WhatsApp adlı mesajlaşma proqramı yaratmağa qərar verəndə onun bir gün 700 milyondan çox insana yayılacağını və istifadəçi sayını görən kimi dərhal Facebook'un qurucusunun onu almaq üçün 19 milyard dollardan keçəcəyini təxmin etməmişdi. Amma hadisələr zamanla belə inkişaf etdi.

Jan Koum, Ukraynada SSRİ dövründə doğulub böyüdükdən sonra, SSRİ-nin dağılması ilə qərbə gedə bilib qab-qacaq yumaqdan kənar kariyera qura bilən və özünü inkişaf etdirə bilən az saylı şanslı insanlardan biri idi. 90-cı illərdə Ukraynada bir gələcəyi olmadığını anlayıb, ABŞ'a gedəndə hələ 19 yaşında idi. Uzun illər yardım dərnəklərindən yemək yeyərək və endirimli yemək kuponları yığaraq ac qalmaqdan xilas oldu. Bu anlarda o San Jose universitetindən də qovuldu. Lakin universitetdən qovulandan sonra işləri daha yaxşı gətirməyə başladı. Yahoo'da işə girdi, proqram mövzusunda mütəxəssisləşdi və 2009-cu ildə WhatsApp'ı hazırlayıb yayımladı.

O dövrdə pulsuz mesajlaşma proqramı kimi təkcə BlackBerry'nin BBM'i var idi, lakin bu yalnız BlackBerry telefonlarda işləyirdi. Google'nin G-Talk'ı və Skype'ı da var idi, ancaq WhatsApp'ın üstünlüyü o idi ki, istifadəçi adı birbaşa hər kəsin öz mobil telefon nömrəsi idi.

Bir də bunu unutmamaq lazımdır ki, Jan Koum birlikdə çalışdığı iş yoldaşlarına, maaş verdiyi müasir kölələr kimi baxmayıb, onları uğur ortağı kimi görürdü və Facebook'la etdiyi 19 milyard dollarlıq razılaşmadan aldığı pulun 3 milyard dollarını, belə bir şey etməyə məcbur olmamasına baxmayaraq, şirkətin 50 işçisinə paylayaraq onları da varlı etdi və bununla da diqqətləri öz üzərinə çəkmiş oldu.
Faydalı biliklər