Domen alarkən nələrə diqqət etməli

 

http://www.blacklis.com

 

Domen (Domain) almaq vebmasterin internetə addım atdığı ilk mərhələdir. Bəs domen alarkən nələrə diqqət yetirmək lazımdır? 

Vebmasterlər domen alarkən bəzi anlayışları yaxşıca öyrənməli və aşağıda göstərdiyimiz maddələrə diqqət yetirməlidir. Domeni bir saytın skeletinə bənzətmək də olar.

İstifadəyə yararlı domain necə olmalıdır?
- Əvvəla domen, saytın məzmunu ilə əlaqəli və yadda qalan olmalıdır.
- Google'nin də vebmasterlərə təklif etdiyi kimi, simvol sayı mümkün qədər az olmalıdır.
- Domen sonluğunun .com olması da ayrı müsbət cəhət qazandırır.
 
Bu saydığımız maddələr saytınızın tanınması və istifadəçilərin sizinlə daha rahat əlaqədə olmasını təmin edəcək. Ancaq bundan başqa araşdırmalı bir neçə mövzu da var.
 
1) Almaq istədiyiniz sayt drop domendirmi?
Drop domen adətən sayt adının ödənişinin edilməməsi, yəni müddətinin uzadılmaması halında yenidən satışa buraxılmasıdır. Drop domenin uzun müddət alınmaması vəziyyətində sayt adı Google'dan tamamilə silinir.
 
Drop domendən istifadə etməyə qərar verdinizsə, saytın köhnə məzmununu archive.org saytından yoxlaya bilərsiniz. Unutmamaq lazımdır ki, istifadə edəcəyiniz drop domenin məzmunu ilə öz saytınızın məzmunu eyni olmalıdır. Məsələn: Alacağınız drop domen qadın sağlamlığı ilə əlaqədar saytdırsa, siz bu saytı video saytına çevirə bilməzsiniz. Çevirsəniz də Google gözündə mənfi bal qazanacaqsınız.
 
2) Domen backlink sorğulamaq
Backlink, saytı axtarış saytlarında üst sıralara çıxardan ən əhəmiyyətli faktorlardan biridir. Almaq istədiyiniz domenə aid backlink'ləri aşağıda verilən iki saytdan yoxlaya bilərsiniz.
 
3) Domen whois və ns keçmişi
Almaq istədiyiniz domenin whois və ns keçmişinə aid məlumatları aşağıdakı saytdan izləyə bilərsiniz.
 
4) Adsense ban sorğulamaq
Almaq istədiyiniz domenə aid ən vacib nəzərə alınmalı maddələrdən biri də Adsense Ban sorğusudur. Əgər domen Adsense tərəfindən ban olunubsa, deməli qaydalara zidd olaraq istifadə edilib. Belə bir domeni almaq işlərinizi xeyli çətinləşdirəcək. Domenin Adsense tərəfindən ban olunub-olmadığını aşağıdakı saytdan izləmək mümkündür.

Nəticədə domen alarkən bu saydıqlarımızı bəri başdan yoxlamalısınız ki, gələcəkdə sizin üçün problemlər çıxmasın.
Faydalı biliklər