Printer alarkən nələrə diqqət etməli

Printerlər bir çoxlarımız üçün vacib olan cihazlardan biridir. Əvvəlcə printer haqda anlayışa nəzər yetirək:
Printerlər elektron məlumatları kağıza çap etməyə yarayan cihazlardır. 3 müxtəlif - mürəkkəb püskürdən (katricli), lazer (laser, tonerli) və nöqtə vuruşlu çap texnologiyasına sahib olan növləri vardır.
 
Mürəkkəb püskürdən (katricli) printerlər
Mürəkkəb püskürdən printerlərdə sərf vəsaiti katriclərdir. Katriclər markaya, modelə görə müxtəliflik göstərir. Bəzilərində 2 ədəd, bəzilərində isə 4 katric vardır. Katriclər bahalı vəsaitlərdir, yeniləri demək olar ki, printerin qiymətinədir. Belə vəziyyətdə ən yaxşı çıxış yolu olaraq katrici doldurmaq ağlınıza gələ bilər, ancaq bir katricin doldurmaq ömrü ən çox 3-dür. (bəzən çox da ola bilər) Hətta bəzi marka katriclər ümumiyyətlə doldurulmur. (Məsələn: Epson, lexmark kimi firmaların katriclərini doldura bilmərsiniz)
 

Printer alarkən nələrə diqqət etməli

 
Lazer (tonerli) printerlər
Lazer printerlərdə sərf vəsaiti tonerdir. Tonerlər də katriclər kimi bahalıdır və yenisini almaq demək olar ki, printerin qiymətinədir. Tonerlər doldurula biləndir və çipsiz, çipli olmaqla iki növü olur. Çipli tonerlərin çıxarılma səbəbi istehsalçı firmanın tonerin dolmamasını, daima original tonerin istifadə edilməsini istəməsidir. Çip hər tonerin dolması zamanı dəyişdirilməli olan hissədir və dəyişdirilmədiyi təqdirdə toner boş kimi görünür və printer heç bir halda çap etmir. Təbii ki, bu halda toner doldurulması zamanı çip həmişə dəyişilir, bu da sizə əlavə xərc olur. Yeni çıxan bütün tonerli printerlər çiplidir.
 

Printer alarkən nələrə diqqət etməli

 
Nöqtə vuruşlu (lentli) printerlər
Nöqtə vuruşlu printerlərin sərf vəsaiti lentdir. Lentlər doldurulmur, yenisi də çox bahalı deyil. Adətən faktura üçün istifadə edilir. Sərf vəsaiti üçün kənar sənaye məhsullar da seçilə bilər.
 

Printer alarkən nələrə diqqət etməli

 
Bəs katricli printer alım yoxsa tonerli?
Bu sizin nə qədər çap işləri aparacağınızdan asılıdır. Məsələn, aylıq 150-200 səhifə çap edirsinizsə, katricli printer sizə kifayət edəcəkdir. Əgər 500-700 səhifə çap edəcəksinizsə, bu halda bütün pulunuzu katricə verməkdənsə, tonerli printer almaq daha məsləhətlidir.
 
Katricli printer alarkən nələrə diqqət yetirmək lazımdır?
Tutaq ki, aylıq 150-200 səhifə çap edirsiniz və katricli printer almağa qərar verdiniz. İlk öncə həmin printerin hansı katricdən istifadə etməsini öyrənin. Doldurmaq mümkündürmü? Bir katric neçə səhifə çıxara bilir? Original katricin qiyməti nə qədərdir? Bunları mütləq öncədən öyrənmək lazımdır.
Bir də diqqət! Katriclərin arxasında yazılan və ya firmaların özləri dedikləri səhifə çap sayına dərhal inanmayın. Məsələn, sizə deyəcəklər ki, bir katric 600 səhifə çıxarır. Əslində isə, o katric ola bilər ki, səhifənin 5%-i yazıdırsa, 600 səhifə çıxarır. Amma sizə bunu deməyəcəklər və siz bunu istifadə edəndə anlayacaqsınız. Ancaq bu bütün katriclərə aid deyil.
 
Tonerli printer alarkən nələrə diqqət etmək lazımdır?
Tutaq ki, Tonerli printer almaq istəyirsiniz və aylıq 1000 səhifə çap etmək istəyirsiniz. Əvvəlcə bu printerin hansı xüsusiyyətləri olmalıdır, hansılar sizə lazımlıdır, onu təyin etməlisiniz. Məsələn, ofisdə istifadə edəcəksinizsə, bəzən printer kimi, bəzən kserekopiya, skaner kimi, hətta bəzən faks kimi istifadə etmək lazım gələ bilər. Tutaq ki, printer, kserekopiya, skaner və faks xüsusiyyəti olan 4'ü birində printer almağa qərar verdiniz. O zaman aşağıdakı suallar yaranır:

1. Toner neçə səhifə çıxarır? (Katricdə olduğu kimi burda da 5% söhbəti ola bilər)
2. Toneri doldurmaq mümkündürmü?
3. Toner çiplidirmi? 
4. Original toner neçəyədir?
5. Original olmayan toner neçəyədir?

Bütün bu sualların cavabı ilə seçiminizi edə bilərsiniz, ancaq sizə bəzi məsləhətli markaları təklif edək, seçim etmək beləcə daha da asanlaşacaqdır.
Əgər doldurulan toner istəyirsinizsə, HP və Canon'u məsləhət görürük, çünki, çip problemi olmayan və digər problemləri çıxmayan məhsulları var. Xerox, Epson, Lexmark kimi bir çox markalarda isə tonerlər çiplidir, HP və Canon'la eyni funksiyanı daşımasına baxmayaraq daha çox pul xərclənilir.
 
Nöqtə vuruşlu printer alarkən nələrə diqqət yetirmək lazımdır?
Dediyimiz kimi, adətən nöqtə vuruşlu printerlər qəbz, arayış, faktura kimi sənədlərin çapı zamanı istifadə olunur. Ayda 100-200 arası çap edirsinizsə Panasonic markalı nöqtə vuruşlu kiçik printerləri məsləhət görürük. 200-dən çox çap edəcəksinizsə, Oki və Epson nöqtə vuruşlu printerlər məsləhətlidir. 
 
Tez-tez verilən suallar
Sual: A3, rəngli, sərfəli qiymətə printer axtarıram, katricli alım yoxsa tonerli?
Cavab: A3, rəngli printer alacaqsınızsa, katricli almaq daha məsləhətlidir, həm istifadəsi asandır, həm də tonerliyə nisbətən xərci azdır. 
 
Sual: Epson markalı katricli printerlərin katricləri doldurulmur deyilir, amma asanlıqla doldurulan katricləri var.
Cavab: Epson'un HP və Canon kimi original katriclərini doldurmaq mümkün olmur, bunun əvəzində xaricdən asan dolan katriclər idxal edilir və satışa təqdim edilir.
 
Sual: Tonerli printerlərin tonerindəki çip məsələsi nədir ?
Cavab: Printer istehsalçı firmalarının tonerlərin dolmaması üçün inkişaf etdirdikləri sistemdir ki, buna da çip deyirik. Məsələn tonerin içinə 2000 səhifəlik boya doldurulub, ancaq 1000 səhifəlik ömrü olan çipdə istifadə etdikdə, 1000-ci səhifədən sonra çap dayanır.
Faydalı biliklər