CSS quruluşu

Bu dərsimizdə CSS-in quruluşunu, terminlərini və anlayışlarını öyrənəcəyik.

CSS quruluşu


CSS-də seçici (selector) dəyişdirmək istədiyimiz HTML etiketini ifadə edir. Bu formada CSS ilə dəyişiklik etmək istədiyimiz HTML etiketini seçmiş oluruq. { və } işarələrinin arasında qalan sahəyə scope [skop] və ya bildiriş sahəsi deyilir. Bu sahəyə CSS-in xüsusiyyətini və dəyərini yazırıq.

Xüsusiyyətdən sonra mütləq iki nöqtə üst-üstə (:) işarəsi gəlir və xüsusiyyətin dəyəri yazıldıqdan sonra nöqtəli vergül (;) işarəsi ilə bağlanır. Yazılış qaydası daim belədir.

Məsələn; yuxarıdakı nümunəmizdə etiketimizi seçdik və arxa fon rəngini (background-color) səma mavisi (skyblue) olaraq təyin etdik.

CSS quruluşu


İlk nümunəmizə əlavə olaraq body seçicimizə font-family adlı yeni bir xüsusiyyət əlavə etdik və dəyərini Verdana olaraq təyin etdik. Beləliklə, <body> etiketi içinə yazılan bütün mətnlər Verdana şrifti olaraq göstəriləcək.

CSS-in quruluşu bu qədər sadədir. CSS3