CSS3 nədir

CSS3 nədir

CSS3-ün nə olduğunu bildirməmişdən əvvəl CSS-in nə olduğunu bilməkdə fayda var.

Açılışı Cascading Style Sheets olan CSS dilimizdə Pilləli Stil Səhifələri mənasını verməkdədir. HTML ilə yazılan kodların vizual baxımdan daha zəngin olmasını təmin etmək üçün istifadə edilir. Məsələn; CSS ilə paraqrafların mətn rənglərini sadəcə bir yerdən dəyişdirə bilərsiniz. Bu önəmlidir, çünki CSS istifadəyə verilməmişdən əvvəl hər bir HTML etiketi üçün ayrı-ayrı stil təyin etmək lazım idi. CSS ilə birlikdə bu problem aradan qaldırıldı. Artıq tək bir fayl ilə bütün səhifələrimizdəki məzmunları formalaşdıra bilərik.

CSS-in ilk kəliməsi olan cascading (pilləli) termini isə adını uyğun olaraq istənilən obyektə pillə-pillə çatan olmasından almışdır. Məsələn bir sahədəki (div) içindəki bir paraqrafın ilk sətirinə
div > p:first-line pillə yolu ilə asanca çatmaq olar və bu sətir, tək bir kod sətri ilə proyektin bütün səhifələrində vizual olaraq dəyişdirilə bilər.

CSS3, CSS-in daha əvvəlki distributivləri üzərində inkişaf etdirilmiş üçüncü və son distributividir. Bu distributiv ilə birlikdə @media-queries, box-shadow, text-shadow, translate, transform, transition kimi bir çox gözəl xüsusiyyətlər əlavə olunmuş, artıq veb saytlar vizual baxımdan daha güclü bir mövqeyə çatmışdır.

CSS3 ilə birlikdə gələn bir başqa xüsusiyyət font-face texnologiyasıdır. CSS-dən əvvəl səhifəmizə istədiyimiz bir şrifti yükləyə bilmirdik. Şriftlərin görünməsi üçün istifadəçinin kompüterində həmin şriftlərin olması vacib idi. Bunu edə bilmədiyimiz zamanlarda yalnız müəyyən şəkillərdə şrifti istifadə etmək məcburiyyətində qalırdıq. CSS3 ilə birlikdə gələn @font-face istifadəsi ilə birlikdə artıq istifadəçinin əməliyyat sistemi nə olursa olsun istədiyimiz şrifti göstərə bilirik.

CSS3-ün öyrənilməsi və istifadəsi olduqca sadədir. Öyrənməyə başlamamışdan əvvəl ilk olaraq HTML və CSS öyrənilməsi məsləhətlidir; çünki müəyyən kodlarla öncədən tanış olmaq işinizi daha da asanlaşdıracaqdır

CSS3-ü öyrəndikcə hazırlamaq istəyib, hazırlaya bilmədiyiniz dizaynları çox daha asan bir şəkildə edə hazırlaya biləcəksiniz. CSS3